Azərbaycanda koronavirsa yeni yoluxma: 558 nəfər

”Aktiv xəstə sayı 21 min 957 nəfərdir”.

Source: Meydan.TV


19 nəfərin vəfat etdiyi bildirilir

Sentyabrın 27-də Azərbaycanda 558 nəfər COVID-19 infeksiyasına yoluxub, 1241 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 19 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 481 min 401 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 452 min 968 nəfər müalicə olunaraq sağalıb, 6 min 476 pasiyent ölüb. Aktiv xəstə sayı 21 min 957 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 684, bu günə qədər isə 4 milyon 830 min 338 testin icra olunduğunu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirsa yeni yoluxma: 558 nəfər