Azərbaycanda ilk dəfə Vokalçılar Festivalı keçiriləcək

Layihə Mədəniyyət Kanalı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Source: Specify Source


Dünya klassik musiqi incilərinin nümunələri bölgələrdə də təqdim olunacaq

Dekabrın 17-dən 24-dək ilk dəfə olaraq Azərbaycan Vokalçıları Festivalı keçirəcək.

Festivalın əsas məqsədi Azərbaycan klassik musiqisinin inkişafı və təbliğ etdirilməsi, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

Tədbir çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkənin tanınmış musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionlarında təqdim olunacaq.

Layihə Mədəniyyət Kanalı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Ana səhifəMədəniyyətAzərbaycanda ilk dəfə Vokalçılar Festivalı keçiriləcək