Azərbaycanda ilk dəfə “Erməni dili” adlı tədris vəsaiti nəşr edilib

Vəsait 4 hissədən ibarətdir: Fonetika, Morfologiya, Söz yaradıcılığı və Sintaksis

Source:


Vəsait 4 hissədən ibarətdir: Fonetika, Morfologiya, Söz yaradıcılığı və Sintaksis

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin hazırladığı “Erməni dili” adlı tədris vəsaiti nəşr edilib.

Trend-in məlumatına görə, tədris vəsaitinin müəllifi siyasi elmlər doktoru Hatəm Cabbarlı, redaktorları tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Sərlan Həsənov, Söhbət Məmmədov və Tahirə Cabbarlıdır.

Vəsait 4 hissədən ibarətdir: Fonetika, Morfologiya, Söz yaradıcılığı və Sintaksis.

Bu kitab Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində, erməni tarixinin orijinal dildə oxunmasında, əsassız erməni iddialarına cavab verilməsində, erməni təbliğatının qarşısının alınmasında, fərqli materialları dövriyyəyə buraxan erməni kütləvi informasiya vasitələrini ifşa etməkdə və Ermənistanın daxili siyasəti haqqında daha geniş məlumat toplamaqda informasiya müharibəsi şəraitində işləyən Azərbaycan mütəxəssisləri üçün yeni imkanlar yaradır.

Erməni dilinin öyrənilməsi erməni tarixinə bələd olmaq, müəyyən məsələlərə aydınlıq gətirmək, hadisələri öyrənmək və dəyərləndirmək baxımından da əhəmiyyətlidir.

Ana səhifəXəbərlərAzərbaycanda ilk dəfə “Erməni dili” adlı tədris vəsaiti nəşr edilib