Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü

“Bugünkü test sayı isə 8 722-dir”.

Source: Архив


Bir gündə 493 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb

İyulun 16-da Azərbaycanda 493 adam COVID-19 infeksiyasına yoluxub, 561 nəfər sağalıb, 8 xəstə isə ölüb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, Azərbaycanda bu günə qədər 26 165 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 8 575 nəfərdir.

Operativ qərargah ötən müddədə 601 min 500 testin aparıldığını qeyd edib:

“Bugünkü test sayı isə 8 722-dir”.

Ana səhifəSosialAzərbaycanda daha 8 nəfər koronavirusdan öldü