Azərbaycanda daha 242 nəfər koronavirusa yoluxub

“Bugünkü test sayı isə 10254-dür”.

Source: Meydan TV


"5 xəstə vəfat edib"

Mayın 28-də Azərbaycanda 242 adam COVİD-19 infeksiyasına yoluxub, 392 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 5 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 333 min 559 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 323 min 198 nəfər müalicə olunaraq sağalıb, 4896 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 5465 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 3 milyon 496 min 635 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 10254-dür".

Ana səhifəSağlıqAzərbaycanda daha 242 nəfər koronavirusa yoluxub