Azərbaycanda daha 14 nəfər koronavirusdan vəfat edib

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 569, bu günə qədər isə ümumilikdə 3 425 183 testin aparıldığını göstərib.

Source: Meydan TV


"437 nəfər COVID-19 infeksiyasına yoluxub"

Mayın 20-də Azərbaycanda 437 nəfər COVID-19 infeksiyasına yoluxub, 893 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 14 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 331 477 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 318 502 nəfər müalicə olunaraq sağalıb, 4 828 pasiyent ölüb. Hazırda aktiv pasiyent sayı 8 147 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 569, bu günə qədər isə ümumilikdə 3 425 183 testin aparıldığını göstərib.

Ana səhifəSağlıqAzərbaycanda daha 14 nəfər koronavirusdan vəfat edib