Azərbaycanda COVİD statistikası: 2372 yoluxma, 34 xəstə vəfat edib

4211 nəfər müalicə olunaraq sağalıb.

Source: Meydan TV


"Hazırda aktiv xəstə sayı 45 min 840 nəfərdir"

Sentyabrın 11-də Azərbaycanda 2372 adam COVİD-19 infeksiyasına yoluxub, 4211 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunub ki, analiz nümunələri müsbət çıxan 34 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 457 min 416 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 405 min 511 nəfər müalicə olunaraq sağalıb, 6 min 65 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 45 min 840 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 215, bu günə qədər isə 4 milyon 639 min 460 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda COVİD statistikası: 2372 yoluxma, 34 xəstə vəfat edib