Azərbaycanda COVİD-19: 799 yeni yoluxma, 26 ölüm

“Bugünkü test sayı isə 9364-dür”.

Source: Aziz Karimov


"2383 nəfər müalicə olunaraq sağalıb"

Yanvarın 6-da Azərbaycanda 799 adam COVİD-19 infeksiyasına yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, 2383 nəfər müalicə olunaraq sağalıb, 26 xəstə ölüb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 222 min 200 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib.

"Onlardan 201 min 596 nəfər müalicə olunaraq sağalıb, 2818 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 17786 nəfərdir”, – məlumatda bildirilir.

Qərargah ötən müddətdə 2 milyon 231 min 993 testin aparıldığını bildirib: “Bugünkü test sayı isə 9364-dür”.

Ana səhifəSosialAzərbaycanda COVİD-19: 799 yeni yoluxma, 26 ölüm