Azərbaycanda: Bir gündə 521 nəfərdə koronavirus aşkarlanıb

“Bugünkü test sayı isə 5646-dür”.

Source: Архив


6 nəfər həyatını itirib

İyunun 27-də Azərbaycanda koronavirus infeksiyasına daha 521 yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq evə buraxılıb, 6 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda bu günə qədər 15 min 890 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 pasiyent ölüb. Aktiv xəstə sayı 6978 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 461 min 861 testin aparıldığı qeyd edilib:

“Bugünkü test sayı isə 5646-dür”.

Ana səhifəSosialAzərbaycanda: Bir gündə 521 nəfərdə koronavirus aşkarlanıb