Azərbaycanda bir gündə 5 nəfər koronavurusdan ölüb

”Hazırda aktiv xəstə sayı 2398 nəfərdir”.

Source: Meydan TV


Son sutkada virusa yoluxanların sayı 278 oldu

Fevralın 27-də Azərbaycanda 278 adam COVİD-19 infeksiyasına yoluxub, 172 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda testi müsbət çıxan 5 nəfərin öldüyü qeyd olunub.

Operativ Qərargah Azərbaycanda 234 min 267 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 228 min 651 nəfər müalicə olunaraq sağalıb, 3218 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2398 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 591 min 235 testin aparıldığını xatırladıb: "Bugünkü test sayı isə 7873-dür".

Ana səhifəSosialAzərbaycanda bir gündə 5 nəfər koronavurusdan ölüb