Azərbaycanda bir gündə 230 adam koronavirusa yoluxub

“Bugünkü test sayı isə 7064-dür”.

Source: Архив


Bir xəstənin virusdan həyatını itirdiyi bildirilir

Oktyabrın 11-də Azərbaycanda 1 xəstə COVİD-19 infeksiyasından ölüb, 230 adam yoluxub, 122 nəfər sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 41 min 982 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:

“Onlardan 39 min 357 nəfər müalicə olunaraq sağalıb, 609 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2016 nəfərdir”.

O cümlədən, ötən müddətdə 1 milyon 176 min 720 testin aparıldığı qeyd edilib:

“Bugünkü test sayı isə 7064-dür”.

Ana səhifəSosialAzərbaycanda bir gündə 230 adam koronavirusa yoluxub