Azərbaycanda bazar günü 13 nəfər koronavirusa yoluxub, 1 xəstə vəfat edib

koronavirus. Foto: Meydan TV

“Aktiv xəstə sayı 140 nəfərdir”

Aprelin 17-də Azərbaycanda 13 nəfər COVID-19 infeksiyasına yoluxub, 10 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 1 xəstənin vəfat etdiyi bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 362 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 782 516 nəfər müalicə olunaraq sağalıb, 9 706 pasiyent ölüb. Aktiv xəstə sayı 140 nəfərdir”.

Son sutkada 3 297, hazırkı dövrədək isə 6 769 897 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü 13 nəfər koronavirusa yoluxub, 1 xəstə vəfat edib