Azərbaycanda analizi müsbət çıxan 41 nəfər vəfat edib

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 530, bu günə qədər isə ümumilikdə 4 578 600 test aparılıb.

Foto: Meydan.tv


Koronavirusa yoluxanların sayı 2447 oldu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 447 yeni yoluxma faktı qeydə alınıb, 3 428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389 977 nəfər müalicə olunaraq sağalıb, 5 920 nəfər vəfat edib, aktiv xəstə sayı 51 828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 530, bu günə qədər isə ümumilikdə 4 578 600 test aparılıb.

Ana səhifəSağlıqAzərbaycanda analizi müsbət çıxan 41 nəfər vəfat edib