Azərbaycanda: 534 infeksiyaya yoluxma, 6 ölüm

“Bugünkü test sayı isə 6846-dır”.

Source: Reuters


471 nəfərin sağaldığı deyilir

İyulun 4-də Azərbaycanda 534 nəfər COVİD-19 infeksiyasına yoluxub, 471 nəfər müalicə olunaraq evə buraxılıb, 6 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub ki, Azərbaycanda indiyə qədər 19 min 801 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 11 min 291 nəfər müalicə olunaraq sağalıb, 241 pasiyent ölüb. Aktiv xəstə sayı 8269 nəfərdir.

Eyni zamanda, ötən müddətdə 509 min 811 testin aparıldığı vurğulanıb:

“Bugünkü test sayı isə 6846-dır”.

Ana səhifəSosialAzərbaycanda: 534 infeksiyaya yoluxma, 6 ölüm