Azərbaycanda 5 nəfər koronavirusdan vəfat edib

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 834, bu günə qədər isə ümumilikdə 3 532 472 testin aparıldığını qeyd edib.

Source: Meydan TV


Bir gündə 156 nəfərin COVID-19 infeksiyasına yoluxduğu bildirilir

İyunun 2-də Azərbaycanda 156 adam COVID-19 infeksiyasına yoluxub, 378 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 5 pasiyent vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 334 288 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 325 418 nəfər müalicə olunaraq sağalıb, 4 926 xəstə ölüb. Hazırda 3 944 nəfər aktiv xəstə var".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 834, bu günə qədər isə ümumilikdə 3 532 472 testin aparıldığını qeyd edib.

Ana səhifəSağlıqAzərbaycanda 5 nəfər koronavirusdan vəfat edib