Azərbaycanda 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Eyni zamanda, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 testin aparıldığını qeyd edib.

Source: Reuters


72 nəfər müalicə olunaraq evə buraxılıb

İyunun 4-də Azərbaycanda yeni koronavirus infeksiyasına 262 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq evə buraxılıb, 2 nəfər isə ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah ölən xəstələrin 1960 və 1963-cü il doğumlu olduğunu qeyd edib.

Operativ qərargah Azərbaycanda hazırda 6522 nəfərin koronavirus infeksiyasına yoluxan şəxsin olduğunu bildirib:

“Xəstələrdən 3737 nəfəri müalicə olunaraq sağalıb, 78 xəstə ölüb, 2707 pasient xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirir. Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir”.

Eyni zamanda, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialAzərbaycanda 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb