Koronavirus

Mənbə: Meydan TV

Başlıq: Koronavirus

Azərbaycanda 16 nəfər koronavirusdan ölüb

649 nəfərin virusa yoluxduğu bildirilir

Mayın 8-də Azərbaycanda 649 nəfər COVID-19) infeksiyasına yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 1720 nəfər sağalıb, analiz nümunələri müsbət çıxan 16 nəfərin vəfat etdiyini göstərib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 326 056 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 16810 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 244, ötən müddətdə isə ümumilikdə 3 321 511 testin aparıldığını vurğulayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/weloh7

Ən çox baxılan