Azərbaycanda 14 nəfər koronavirusdan vəfat edib

“377 yeni yoluxma faktı qeydə alınıb”

Source: Meydan TV

Azərbaycanda koronavirusa  377 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 15-də yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, 1318 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 329 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 313 778 nəfər müalicə olunaraq sağalıb, 4 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 825 nəfərdir”.

Ötən müddət ərzində 3 375 679 test aparılıb: “Bugünkü test sayı isə 7 285-dir”.

Ana səhifəSağlıqAzərbaycanda 14 nəfər koronavirusdan vəfat edib