Koronavirus

Mənbə: Meydan TV

Başlıq: Koronavirus

Azərbaycanda: 110 infeksiyaya yoluxma, 1 ölüm

127 nəfər sağalıb

"Sentyabrın 30-da Azərbaycanda 110 adam COVİD-19 infeksiyasına yoluxub, 127 nəfər sağalıb, 1 xəstə ölüb".

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 40 min 229 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 37 min 954 nəfər müalicə olunaraq sağalıb, 591 pasient ölüb. Hazırda aktiv xəstə sayı 1684 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 1 milyon 115 min 748 testin aparıldığını xatırladıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fv7atg

Ən çox baxılan