Azərbaycanda: 105 nəfər infeksiyaya yoluxub, 5 xəstə ölüb

Operativ qərargah son sutkada 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 testin aparıldığını qeyd edib.

Source: Aziz Karimov


360 nəfərin sağalaraq evə buraxıldığı deyilir

Avqustun 8-də Azərbaycanda 105 adam COVİD-19 infeksiyasına yoluxub, 360 nəfər müalicə olunaraq evə buraxılıb, 5 xəstə isə ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda indiyədək 33 481 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 30 056 nəfər müalicə olunaraq sağalıb, 488 pasiyent ölüb, hazırda aktiv xəstə sayı 2937 nəfərdir”.

Operativ qərargah son sutkada 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialAzərbaycanda: 105 nəfər infeksiyaya yoluxub, 5 xəstə ölüb