''Səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür''
Azərbaycan səfirliyinin əməkdaşları Moskvada saxlanılan Fuad Abbasovla görüşüblər.
“
ONA
” saytı məlumat verir ki, Fuad Abbasovun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.
Bildirilir ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, mayın 20-də konsulluq şöbəsinin əməkdaşları onunla Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində görüşüb:
“Böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür”.
Mayın 18-də azərbaycanlı jurnalist
Fuad Abbasov
Moskvada saxlanılıb.
Fuad Abbasov Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır və burada fəaliyyət göstərirmiş. Onun Rusiyadan deportasiya edilməsini buradakı bir neçə azərbaycanlı icması tələb edib. Bu tələblə məhkəməyə də müraciət ediblər.
Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.