Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərib

Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota, eləcə də digər aidiyyəti dövlət qurumlarına məktublar göndərib.

Source: google.az

Azərbaycanın Rusiyadakı səfirliyi mayın 18-də saxlanılan jurnalist Fuad Abbasovla bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.

Məlumatı

Azərtac

iyunun 11-də yayıb.

Bildirilib ki, Konsulluq şöbəsinin əməkdaşları jurnalist Fuad Abbasov ilə gündəlik əlaqə saxlayırlar.

"Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar Konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar. İyunun 11-də səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüşüb, şəraiti ilə yaxından tanış olublar. Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota, eləcə də digər aidiyyəti dövlət qurumlarına məktublar göndərib".

15602615114237028384_1000x669.jpg
Azərbaycanın Rusiyadakı səfirliyi

Qeyd olunur ki, Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək:

"Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarətdə saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür”.

Fuad Abbasov mayın 18-də Moskvada saxlanılıb.

Fuad Abbasov Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır və burada fəaliyyət göstərir. Onun Rusiyadan deportasiya edilməsini buradakı bir neçə azərbaycanlı icması tələb edib. Bu tələblə məhkəməyə də müraciət ediblər.

Ana səhifəXəbərlərAzərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərib