Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

Həsən Bədəlovun ehtiyatsızlıqdan həlak olduğu deyilir

Source: Meydan TV

Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər.

İlkin məlumata görə, əsgər silahla ehtiyatsız davranması nəticəsində aldığı güllə yarasından həyatını itirib.

Bir il öncə hərbi xidmətə gedən Həsən Bədəlov oktyabrın 22-də doğulduğu Neftçala şəhərində torpağa tapşırılıb.

Məlumatı həmin bölgədə yaşayan ictimia fəal Emil Məmmədov da öz “Facebook” hesabında paylaşıb. Onun sözlərinə görə, əsgərin atası hərbi qulluqdan ehtiyata buraxılmış polkovnik-leytenantdır.

Məsələ ilə bağlı Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıb.

Ana səhifəSosialAzərbaycan ordusu 19 yaşlı əsgərini itirib