Ceyms Gilmor

Mənbə: Turan İA

Başlıq: Ceyms Gilmor

“Azərbaycan hakimiyyəti hökuməti tənqid edənləri həbs edib”

ABŞ-ın ATƏT-dəki səfiri müxalifətə qarşı repressiyalardan danışıb

İyulun 30-da ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor ATƏT-in Daimi Şurasına müraciətində Azərbaycanda və bir sıra digər ölkələrdə müxalifətə qarşı repressiya faktlarına toxunub.

“Turan”ın məlumatına görə, səfir deyib ki, bəzi ATƏT ölkələrində ifadə azadlığı hücumlara məruz qalır, “saxta xəbərlər” haqqında qanunlardan isə vətəndaş cəmiyyəti nümayəndələrinin, müxalifətin və ictimai əhəmiyyətli məsələlər üzrə fikir bildirmək istəyənləri susdurmaq üçün istifadə olunur:

“Azərbaycan hakimiyyəti jurnalistləri, müxalifət xadimlərini və fəalları, o cümlədən hökumətin COVİD-19-a reaksiyasını tənqid edənləri həbs edib. Azərbaycan hakimiyyəti həmçinin hökumətdən daha çox şəffaflıq tələb edən və ya sadəcə, öz ifadə azadlığı hüququnu həyata keçirən şəxsləri qorxutmaq və cəzalandırmaq istəyir.

Belə ki, bu həftə Azərbaycan QHT-ləri bildiriblər ki, hakimiyyət siyasi müxalifət üzvlərinə və digər şəxslərə qarşı yeni həbs dalğasına başlayıb, onları dövlət çevrilişinə cəhddə və karantin rejimini pozmaqda ittiham edir”.

“Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Onların arasında səhhətilə bağlı problemləri olan müxalifət fəalları Tofiq Yaqublu və Saleh Rüstəmov da var ki, bu da onları COVİD-19 üçün daha həssas edir”, - Gilmor qeyd edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/maf5lr

Ən çox baxılan