Azərbaycan filmləri “Netflix”də yayımlanacaq

Azərbaycan bununla bağlı Türkiyə ilə müzakirələr aparır

Foto: Azertac


Azərbaycan bununla bağlı Türkiyə ilə müzakirələr aparır

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Ankarada Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Görüş zamanı “Qafqaz İslam Ordusu” və Qarabağ Zəfəri və Xocalı faciəsi haqqında müştərək film istehsalının detalları müzakirə olunub.

Anar Kərimov İkinci Qarabağ müharibəsi döyüşçüləri haqqında filmin çəkilişlərinə Türkiyənin kino şirkətlərinin iştirakını müsbət hal kimi qiymətləndirib.

Azərbaycan mədəniyyət naziri Türkiyə səfəri zamanı Həmçinin “Netflix Türkiye” platformasının idarə heyətinin sədri Mithat Özbek ilə görüşüb.

Azərbaycan filmlərinin “Netflix”də yayımı ilə bağlı müzakirələr də aparıb.

Hər iki ölkənin birgə çəkdikləri film və serialların gələcəkdə “Netflix”də nümayişi nəzərdə tutulub

Nazir Türkiyədə fəaliyyət göstərən kino istehsalı, distribusiya və media şirkətlərinin rəhbərləri ilə də görüş keçirib.

Görüşdə Türkiyənin əsas film istehsalı qurumlarının məsul şəxsləri də iştirak edib.

Ana səhifəMədəniyyətAzərbaycan filmləri “Netflix”də yayımlanacaq