73-cü Kann Festivalı

Mənbə: Foto: arxiv

Başlıq: 73-cü Kann Festivalı

Azərbaycan filmi ilk dəfə olaraq Kann Festivalına daxil edilib

Film “Tənqid Həftəsi”ndə olacaq

Azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” filmi 73-cü Kann Festivalının “Tənqid Həftəsi”nə daxil edilib.

“Turan” İnformasiya Agentliyinin filmin müəlliflərinə istinadən verdiyi məlumata görə, bu, 59 ildir mövcud olan nüfuzlu proqrama seçilmiş ilk Azərbaycan filmidir.

“Axşama doğru” şəhər kənarına ailə məclisinə gedən gənc ər-arvaddan bəhs edir. Məişət məsələsi ilə bağlı fikir ayrılıqları onları gözlənilməyən yerdə dayanmağa vadar edir. Bu səbəbdən qadın qəhrəman müşkül vəziyyətə düşür.

Qısa metr formatında çəkilmiş “Axşama doğru” filmi “üçüncü mənanın” çıxarılmasına yönəlmiş yeni kino dilinin axtarışı nümunəsidir. Fransalı filosof Rolan Bartın tərifinə görə, “üçüncü məna” sözlərlə təsvir edilə bilməz, müstəsna olaraq kinematoqrafa xas keyfiyyətdir.

Film FIL PRODUCTION və Mandarin Agency şirkətləri tərəfindən Azərbaycan İctimai Televiziyasının dəstəyi ilə çəkilib.

“Tənqid Həftəsi” (La Semaine dela Critique) Kann Kino Festivalının 1962-ci ildə Fransa kino tənqidçiləri sindikatı tərəfindən təsis edilmiş ən qədim paralel proqramıdır.

Bu proqramın missiyası dünya kinematoqrafında yeni adlar kəşf etməkdən və karyeralarının başlanğıc mərhələsində onları dəstəkləməkdən ibarətdir. Yeni istedadların axtarışının nəticəsi olaraq hər il rəsmi Kann Kino Festivalı müsabiqəsi ilə paralel olaraq tamaşaçılara təqdim edilən 5 tammetrajlı və 10 qısametrajlı filmdən ibarət film olur.

Əvvəllər filmləri bu seksiyalara seçilmiş rejissorlar arasında dünya kinematoqrafının Bernardo Bertoluççi, Otar İoseliani, Ken Louç, Vonq Kar-vay, Jak Odiar, Gilyermodel Toro, Qaspar Noe, Leos Karaks, Kevin Smit, Fransua Ozon və Alexandro Qonsales İnyarritu kimi dahilər var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dz0ppu

Ən çox baxılan