Azərbaycan Fərman Ceyranlını axtarışa verib

F.Ceyranlı hazırda Gürcüstanda məhbus həyatı yaşayır.

Source:


O, insan alveri maddəsi ilə ittiham olunur

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib.

Onun barəsində axtarış elan olunması barədə elan DİN-nin

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytı

nda yerləşdirilib.

Elanda bildirilir ki, Ceyranlı Fərman Cahan oğlu 1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir.

Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

F.Ceyranlı hazırda Gürcüstanda məhbus həyatı yaşayır.

F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda “Lancet” klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib

O, Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunub.

Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb.

F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifətinə yaxın olması ilə izah edib.

Gürcüstan Apelyasiya Məhkəməsi dekabrın 20-də

Fərman Ceyranlı

nın cəzasını 6 ildən 2 il 3 aya endirib.

Ana səhifəXəbərlərAzərbaycan Fərman Ceyranlını axtarışa verib