Azərbaycan Əfqanıstandakı sülhməramlılarını çıxarmağı planlaşdırır

Azərbaycanın Əfqanıstanda 120 sülhməramlısı var

Source: Meydan Tv


Azərbaycanın Əfqanıstanda 120 sülhməramlısı var

Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyi xəbəri “Turan”a təsdiqləyib.

Ancaq nazirlikdən sülhməramlılarının Əfqanıstandan nə vaxt çıxarılmasının planlaşdırıldığı barədə əlavə məlumat verilməyib.

ABŞ mayın 1-dən öz qoşunlarını Əfqanıstandan çıxarmağa başladığını elan edib.

Bununla paralel olaraq NATO ölkələri də hərbi qüvvələrinin bu ölkədən çıxarılacağını bildirib.

Əfqanıstanda 2500-3000 ABŞ əsgəri və təxminən 7000 NATO əsgəri var.

Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabrın 20-dən başlayıb.

Hazırda bu ölkədə Azərbaycanın 120 sülhməramlısı var.

Ana səhifəXəbərlərAzərbaycan Əfqanıstandakı sülhməramlılarını çıxarmağı planlaşdırır