Azərbaycan Dünya Bankının təklif etdiyi kreditdən imtina edib

“Cəmi 95 mln. dollara görə öhdəlik götürsünlər, hesabat versinlər, şəffaf xərcləsinlər?”.

Source: Specify Source


Natiq Cəfərli: "Şəffaflıq bu hökumətə nə zaman sərf edib ki?"

Azərbaycan Dünya Bankının koronavirusla mübarizə üçün təklif etdiyi kreditdən imtina edib.

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev

deyib

ki, əvvəlcə Azərbaycan güzəştli kredit vəsaitinin cəlb olunmasına maraq göstərib və müvafiq danışıqlara başlayıb.

Sonra isə kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycanı qane etməyib.

Ona görə də danışıqların aparılması prosesini dayandırıb: “Bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil”.

Dünya Bankının təklif etdiyi kredit məbləği 95 milyon ABŞ dolları məbləğində olub.

Natiq Cəfərli
Natiq Cəfərli

Hələlik Dünya Bankı bu barədə hər hansı məlumat paylaşmayıb. Ancaq iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanın kreditdən imtina səbəbi şəffaflıq, hesabatlılıq ola bilər: “Dünya Bankı pandemiya ilə əlaqədar ölkələrə kreditlər ayırır, bütün dövlətlər bu proqramdan yararlanmaq istəyir, çünki faizi aşağı, şərtləri sərfəlidir – ən böyük şərt isə şəffaflıqdır. Azərbaycan sırf bu səbəbdən həmin 95 mln. dollarlıq kreditdən imtina edib”.

İqtisadçı bildirir ki, hökumətin “”şərtlər sərfəli deyil, ona görə də kreditdın imtina edirik”, – açıqlamasının səbəbi məhz budur: “Təbii şərtlər hökumətə sərfəli deyil. Şəffaflıq bu hökumətə nə zaman sərf edib ki? Cəmi 95 mln. dollara görə öhdəlik götürsünlər, hesabat versinlər, şəffaf xərcləsinlər? Təbii ki, imtina etdilər”.

Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.

Ana səhifəİqtisadiyyatAzərbaycan Dünya Bankının təklif etdiyi kreditdən imtina edib