Azərbaycan Çin investorlarını cəlb etmək niyyətindədir

”Maliyyələşməni Çin dövlət “Eximbank”ı və Çin Bankı birlikdə həyata keçirsin”

Source:


”Maliyyələşməni Çin dövlət “Eximbank”ı və Çin Bankı birlikdə həyata keçirsin”

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində həyata keçirməyi planlaşdırdığı Neft-qaz emalı və Neft-kimya Kompleksinin (OGPC) inşası layihəsini həm maliyyələşdirmək, həm də layihədə səhmdar kimi iştirak etmək üçün Çin şirkət və banklarına təklif verilib”.

“Report” xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

SOCAR rəhbəri qeyd edib ki, hazırda bu təklif üzərində iş görülür.

“Bilirsiniz ki, Çin Milli Neft Korporasiyası (CNPC) ilə SOCAR arasında memorandum imzalanıb. Hazırda bu layihə üçün Çin “Eximbank”ı, digər bankları və CNPC şirkəti ilə birlikdə işləyirik. Yəqin ki, tez zamanda danışıqlar nəticə verəcək. Düşünürük ki, Çin şirkətləri bu layihədə 50%-ə qədər payla səhmdar kimi iştirak etsin. Eyni zamanda, maliyyələşməni Çin dövlət “Eximbank”ı və Çin Bankı birlikdə həyata keçirsin”, – deyə R.Abdullayev əlavə edib.

Ana səhifəXəbərlərAzərbaycan Çin investorlarını cəlb etmək niyyətindədir