Mənbə: Google

Azərbaycan bölgədə ən az intihar hadisəsi baş verən ölkədir

Dünyada hər 100 min nəfərə 10,5 intihar hadisəsi düşür

Azərbaycanda 2016-cı ildə hər 100 min nəfərə 2,6 intihar hadisəsi düşüb.

Bu barədə “Azadlıq Radiosu” məlumat yayıb. Bu bölgədə əhali sayına nisbətdə ən aşağı göstəricidir.

Bu rəqəm Ermənistanda 5,7, Gürcüstanda 6,7, İranda 4,0, Rusiyada 26,5-dir.

Belarusda hər 100 min nəfər üzrə 21,4, Qazaxıstanda 22,8, Çexiyada 10,5 intihar halı qeydə alınıb.

Sentyabrın 10-u Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən İntiharların Önlənməsi Günü kimi qeyd edir. Qurum bildirir ki, intiharların önlənməsi üzrə milli strategiyası olan ölkələrin sayı son beş ildə artıb. Ancaq dünya üzrə cəmi 38 ölkədə belə strategiya mövcuddur və bu, çox kiçik rəqəmdir. ÜST hökumətləri bu strategiyanı qəbul etməyə çağırır.

2016-cı ildə dünya üzrə intihar səviyyəsi hər 100 min nəfərə 10,5 olub.

Dünyada intiharların 79 faizi az və ortagəlirli ölkələrdə törədilir. Ancaq ən yüksək göstərici – hər 100 min nəfərə 11,5 intihar halı yüksək gəlirli ölkələrdə qeydə alınır.

5-29 yaşlıların ölüm səbəbləri içində intiharlar ikinci yerdədir. Birinci yeri yol qəzaları tutur.

Təşkilat bildirir ki, intiharları önləməyə daha çox bu vasitələrə çıxışı məhdudlaşdırmaqla nail olmaq olur. Digər metodlar medianı bu cür xəbərləri işıqlandırmaq üzrə maarifləndirmək; gənclərin həyatı bacarıqlarını inkişaf etdirən proqramlar gerçəkləşdirmək; intihar riski olan şəxsləri müəyyənləşdirərək göz qoymaqdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5slo7t

Ən çox baxılan