Azərbaycan arxiyepiskopu vəfat edib

Arxiyepiskopun xəstəliyi barədə məlumat verilmir.

Source: https://ria.ru/


Aleksandr İşein uzun müddət xəstəlikdən əziyyət çəkib

Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr (İşein) iyunun 11-də vəfat edib.

Məlumatı Rus Pravoslav Kilsəsinin saytı yayıb.

“İyunun 10-da Azərbaycan Respublikasının dahi din xadimi, Bakı və Azərbaycan yeparxiyasının birinci yepiskopu, Azərbaycanda pravoslavlığı qoruyub saxlayan və möhkəmləndirən Aleksandr uzunmüddətli və ağır xəstəlikdən sonra 69 yaşında vəfat edib”, – deyə məlumatda bildirilir.

Arxiyepiskopun xəstəliyi barədə məlumat verilmir.

1995-ci ildən o, Bakıda kafedral kilsənin baş keşişi idi. Rus Pravoslav Kilsəsinin müqəddəs sinodu 28 dekabr 1998-ci il tarixində onu Bakı və Xəzər bölgəsinin yepiskopu seçib (sonradan yeparxiya sərhədlərinin dəyişdirilməsi ilə əlaqədar titulu “Bakı və Azərbaycan yepiskopu” olaraq dəyişdirilib). 2012-ci il iyulun 18-də yepiskop Aleksandr arxiyepiskop rütbəsinə yüksəlib.

Ana səhifəSosialAzərbaycan arxiyepiskopu vəfat edib