Mənbə: Sosial şəbəkə

“Azadlıq” qəzeti əməkdaşına zor tətbiq olunduğunu bəyan edib

Məqalə yeniləndi:  12 Sentyabr 2019

“Azadlıq” qəzeti əməkdaşına zor tətbiq olunduğunu bəyan edib

“Bu hadisə Azərbaycanda söz azadlığı sahəsində vəziyyətin acınacaqlı olduğuna əyani sübutdur”

“Azadlıq” qəzeti sentyabrın 11-də Yasamal rayon məhkəməsi qarşısında jurnalistlərə, o cümlədən qəzetin əməkdaşı Təzəxan Mirələmliyə qarşı zor tətbiq olunması barədə bəyanat yayıb.

Qəzetin “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşılan bəyanatda deyilir ki, AXCP fəalı Ruslan Əmirlinin məhkəməsi gedən zaman polis jurnalistləri və ora toplaşan fəalları məhkəmənin qarşısından zorakılıqla uzaqlaşdırıb, bəzilərinə xəsarət yetirib.

“Əməkdaşımızın peşə fəaliyyətini yerinə yetirməsinə və sərbəst hərəkətinə mane olan polis əməkdaşları onun haqlı etirazı qarşısında ona fiziki zor işlədib. Əməkdaşımız aldığı zərbədən yerə yıxılıb və yüngül xəsarət alıb”.

Bəyanatda qeyd edilib ki, dinc şəkildə məhkəmə önünə toplaşıb əqidədaşlarından məlumat almaq istəyən fəallara və xüsusən də hadisə yerindən xəbər hazırlamaq istəyən jurnalistlərə polisin zor tətbiq etməsini, onların ərazidən zorakılıqla uzaqlaşdırılmasını “Azadlıq” qəzeti olaraq qətiyyətlə pisləyirlər.

“Bu hadisə Azərbaycanda söz və toplaşmaq azadlığı sahəsində vəziyyətin nə qədər acınacaqlı olduğuna daha bir əyani sübutdur. Polisin öz peşəsini yerinə yetirən jurnalistlərə zor işlətməsi kobud qanun pozuntusu, vəzifə səlahiyyətlərini aşmaqdır. Aidiyyatı dövlət orqanlarından tələb edirik ki, bu gün Yasamal məhkəməsinin qarşısında öz səlahiyyətini kobud surətdə aşmış, qanunları pozaraq jurnalistlərə və fəallara zor tətbiq etmiş polis əməkdaşları barəsində uyğun cəza tədbiri görülsün. Əks halda bugünkü zorakılıq aktının da məsuliyyəti siyasi hakimiyyətin üzərində qalacaq”.

Sentyabrın 11-də AXCP fəalı Ruslan Əmirli Yasamal rayon məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzası alıb.

O, xuliqanlıqda və polisin əmrinə tabe olmamaqda günahkar bilinir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  12 Sentyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6xwctz

Ən çox baxılan