Berlində Roza Lüksemburq fondunun təşkilatçılığı ilə “Küləyə qarşı dirəniş – sağ siyasətin yüksəlişinə və ixtisar siyasətinə qarşı həmkarlar ittifaqlarının mübarizəsi” konfransı keçirilir.
3 gündür davam edən konfransda 2 mindən çox insan və yüzlərlə beynəlxalq təşkiıat iştirak edir.
Təşkilatlar arasında Azərbaycanda Feminist Sülh Kollektivi və İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası da var.
İşçi Masasının təmsilçisi Elməddin Şamizadə bildirib ki, onlar tədbirdə iştirak edərək İlham Əliyevin dünyadakı qlobal sağ siyasətin bir parçası olduğunu və bu siyasət nəticəsində Azərbaycanda həbs olunan siyasi məhbuslara, Tofiq Yaqublunun aclıq aksiyasına diqqət çəkmək istəyirlər.