Mənbə: Meydan Tv

Ay kosa-kosa, gəlsənə..

Hər il Novruz bayramında Mişfiq Əlişanov “kosa”, İsmayıl Babaxanov isə “keçəl” olur.

İyirmi dörd yaşlı Müşfiq artıq 8 ildir ki, Novruzda kosalıq etdiyini deyir. On yeddi yaşlı İsmayıl isə işə yeni başlayıb.

Keçəl İsmayıl Novruz oyunlarını Müşfiqdən öyrəndiyini deyir. Çərşənbə tonqalları yandırılmağa başlayandan martın sonuna kimi Qubanın müxtəlif yerlərində gəzib Novruz payı yığırlar.

Müasir kosanın xurcunu da var, amma onu çiynində boş gəzdirir. Özünün dediyi kimi, indiki dövrdə onların yığdığı pay puldur. Gündəlik qazanclarından razıdırlar - günə 50-60 manat olur.

Kosa oxuduğu sözləri də günün tələblərinə uyğunlaşdırıb:

Ay kosa-kosa, gəlsənə,

Gəlib salam versənə,

Cibimə pulu qoysana,

Kosanı yola salsana.

Kosa - keçəl

Kosa - keçəl

Mənbə: Meydan Tv

Kosa - keçəl

Kosa - keçəl

Mənbə: Meydan Tv

Kosa - keçəl

Kosa - keçəl

Mənbə: Meydan Tv

Kosa - keçəl

Kosa - keçəl

Mənbə: Meydan Tv

Kosa - keçəl

Kosa - keçəl

Mənbə: Meydan Tv

Kosa - keçəl

Kosa - keçəl

Mənbə: Meydan Tv

Kosa - keçəl

Kosa - keçəl

Mənbə: Meydan Tv

Kosa - keçəl

Kosa - keçəl

Mənbə: Meydan Tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4vd576

Ən çox baxılan