AXCP-nin Şəki rayon şöbəsinin sədri inzibati həbs edilib

İlham Hüseyn Mübariz Abdulkərimovun İnzibati xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) ittiham olunduğunu deyib.

Source: meydan tv


Salyanda AXCP üzvü cərimələnib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon şöbəsinin sədri Mübariz Abdulkərimov avqustun 22-də yerli polis tərəfindən saxlanılıb.

Şəki Rayon Məhkəməsinin onun haqqında 15 sutka inzibati cəza çıxardığı bildirilir.

Məlumatı Meydan TV-yə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn verib.

İlham Hüseyn Mübariz Abdulkərimovun İnzibati xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) ittiham olunduğunu deyib.

İlham Hüseyn bildirib ki, bundan başqa ötən gün partiyanın Salyan şöbəsinin məclis sədri Əlizamin Salayev 50 manat cərimə olunub.

Bu həftə ərzində daha

iki AXCP fəalı

inzibati həbs ediliblər.

AXCP Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki gənc fəalı, Səhlədar İsgəndərli 60 gün və Vilayət Məmmədov 30 gün müddətinə həbsə məruz qalıblar.

Ana səhifəXəbərlərAXCP-nin Şəki rayon şöbəsinin sədri inzibati həbs edilib