Əlizamin Salayev

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Əlizamin Salayev

AXCP-nin Ali Məclis üzvü həbs olunub

Məqalə yeniləndi:  23 Yanvar 2020

Əlizamin Salayev polisə tabe olmamaqda günahlandırılır

AXCP Salyan Rayon Təşkilatından Ali Məclis üzvü Əlizamin Salayev yanvarın 13-də 30 sutka inzibati cəza alıb. Əlizamin Salayev İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə ittiham olunub.

Məlumatı Meydan TV-yə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn verib.

İlham Hüseyn bildirib ki, Əlizamin Salayev həbs olunanda onunla birgə məclis üzvü Nicat Abdullayev və Binəqədi rayon təşkilatının üzvü Ceyhun Novruzov da olub, hər ikisi 50 manat cərimələnib. Onları İnzibati Xətalar Məcəlləsinin 510.1 maddəsi (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) ilə ittiham ediblər. Hər üç cəbhəçini çayxanadan gəlib aparıblar.

İlham Hüseynin sözlərinə görə, Əlizamin Salayevin ittiham olunduğu maddə quramadır:

“AXCP fəalı bir həftə əvvəl Salyan polisinin əxlaqsız hərəkətini göstərən video yaydığı üçün inzibati cəza alıb”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q6mxaj

Ən çox baxılan