AXCP fəalı Vüsal Zeynalov həbs edilib

Gənc fəal 20 sutkalıq həbs cəzası alıb

Source:
Vüsal Zeynalov foto Meydan TV
Vüsal Zeynalov foto Meydan TV


Gənc fəal 20 sutkalıq həbs cəzası alıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şöbəsinin fəalı Vüsal Zeynalov saxlanılıb.

Fəal Ağstafa rayonunda qeydiyyatdadır və orada olarkən saxlanılıb. O, polisə müqavimət ittihamı əsasında Ağstafa rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 20 sutka həbs edilib. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Turan-a bildirib.

AXCP Vüsal Zeynalovun həbsinin sosial şəbəkələrdə tənqidi statusları ilə bağlı olduğunu güman edir.

Fəalın saxlanılması ilə bağlı rəsmi qurumlar hələ açıqlama verməyib.

Ana səhifəXəbərlərAXCP fəalı Vüsal Zeynalov həbs edilib