
Mənbə: Meydan Tv
AXCP fəalı Ruslan Əmirli 30 sutka həbs cəzası alıb
O, xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunub
Yasamal Rayon Məhkəməsində sentyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirliyə hökm oxunub.
Hakim Hüseyn Səfərov Ruslan Əmirlini İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək, ona 30 sutka həbs cəzası verib.
Sentyabrın 10-da dostları AXCP fəalı Ruslan Əmirlinin Bakıda, Milli Onkologiya Mərkəzinin qarşısında saxlanıb, naməlum istiqamətə aparıldığı məlumatını yaymışdılar. Daha sonra onun polis tərəfindən aparıldığı məlum oldu.
AXCP Ruslan Əmirlinin gecəni Yasamal rayon 29-cu polis bölməsində keçirdiyini bildirib.
Sentyabrın 10-da hadisədən dərhal sonra özünü “fədailər qrupunun başçısı” kimi təqdim edən Fuad Muradov reportyor Nurlan Libreyə müsahibəsində Ruslan Əmirlinin qaçırılması məsələsini öz üzərinə götürdüyünü bildirmişdi.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019