AXCP fəalı oğurlanıb

“Milli fədailər qrupunun” rəhbəri hadisəni öz üzərinə götürüb

Source: R


“Milli fədailər qrupunun” rəhbəri hadisəni öz üzərinə götürüb

AXCP fəalı Ruslan Əmirli sentyabrın 10-da Bakıda oğurlanaraq naməlum istiqamətə aparılıb.

Onu Milli Onkologiya Mərkəzinin qarşısından aparıblar. Məlumatı onun dostları sosial şəbəkələrdə paylaşıblar.

AXCP fəalını kimlərin oğurladığı bilinmir.

Bir neçə gün qabaq onu özünü “fədailər qrupunun başçısı” kimi təqdim edən, sosial şəbəkədə əlisilahlı fotoları yayılmış Fuad Muradov ölümlə hədələmişdi. Ruslan Əmirli kütləvi tədbirlər zamanı partiya sədri Əli Kərimlini könüllü şəkildə mühafizə edir.

Reportyor Nurlan Libre Fuad Muradovla əlaqə saxlayıb. Reportyor danışıqlarının audioyazısını da paylaşıb. Audioyazıdan belə məlum olur ki, Fuad Muradov hazırda Ankarada olduğunu bildirsə də, Ruslan Əmirlinin qaçırılmasında əli olduğunu etiraf edir və Kanal13-ün əməkdaşı Nurlan Librenin təkrarən bir neçə dəfə sualına müsbət cavab verir.

“Qorxacağımız, çəkinəcəyimiz yoxdur. Kimsə bizə dil uzadacaq, dövləti müdafiə edən şəxslərə dil uzadacaq, cəzasını tapacaq. Qoy AXCP-nin gənclərinə görk olsun ki, bizlə heç kim oyun oynamasın”, – Fuad Muradov deyib.

(embedded content removed)

Ana səhifəXəbərlərAXCP fəalı oğurlanıb