Anar Məlikov inzibati cəza alıb
AXCP Cəlilabad Rayon Təşklatının fəalı Anar Məlikov 10 sutka inzibati cəza alıb.
Səbəb kimi onun karantin qaydalarını pozması göstərilir.
Məlumatı Meydan TV-yə AXCP-dən veriblər.
Bildiriblər ki, Anar Məlikova İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin sanitariya – gigiyena və karantin rejimlərinin pozulması) ilə 10 sutka həbs cəzası verilib.
Anar Məlikov martin 21-də “Facebok” səhifəsində yerli polis idarəsinə profilaktik söhbətə çağrıldığı haqqında məlumat yayıb.
AXCP üzvünün sonuncu paylaşımları sırasında Türkiyədə hava limanında azərbaycanlı tələbələrin aksiyası və Cəlilabad Rayon Xəstəxanasında karantində saxlanılanların Novruz Bayramı şənliyi keçirməsini əks etdirən videolar yer alıb.