Avtobus sürücüləri aksiya keçirib

”Bizi işlə təmin edin”

Source:


”Bizi işlə təmin edin”

İyunun 9-dan Bakıda ləğv edilmiş 16, 18 və 96 saylı marşrut avtobuslarının sürücüləri marşrutların məxsus olduğu “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qarşısında etiraz aksiyası keçiriblər.

“Turan”İA-nın məlumatına görə, 200-ə yaxın sürücü onların iş yerlərilə təmin olunmasını tələb edirlər.

Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nuridə Allahyarova iyunun 9-da bildirib ki, reyslərə çıxan avtobuslar agentliyin hazırladığı nəqliyyat konsepsiyasının tələblərinə cavab vermir.

Marşrutdan çıxarılan avtobusların yerinə kondisioner, elektron ödəniş sistemi ilə təchiz olunan avtobus parkına malik “BakuBus” şirkətinin avtobusları xəttə çıxıb.

Mütəxəssislərin fikrincə, Bakı meriyası yanında “BakuBus” özəl şirkəti Bakıda sərnişin daşınmaları bazarını tədricən inhisara alır ki, bu da növbəti mülkiyyət bölgüsündən xəbər verir. Avtobus marşrutları müxtəlif üzrlü bəhanələrlə müxtəlif özəl şirkətlərin əlinə keçib ki, bunlara da növbə ilə Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi kuratorluq edib.

Adətən müxtəlif vaxtlarda paytaxt üçün yeni avtobusların alınması mərasimlərində prezident İlham Əliyev şəxsən iştirak edib.

Avtobus daşımaları Azərbaycanda yüz milyonlarla manat dövriyyəsi olan kölgə bizneslərindən biri olaraq qalır.

Ana səhifəXəbərlərAvtobus sürücüləri aksiya keçirib