Mənbə: google

Avstraliyada qatı tüstü xilasetmə işlərini çətinləşdirib

Yanğınlar ölkə daxilində 8 milyon hektardan çox ərazini əhatə edib

Bazar ertəsi günü Avstraliya məmurları daha yaxşı hava şəraitindən istifadə edərək xilasetmə işlərini sürətləndiriblər. “Reuters” xəbər verir ki, yanğınsöndürənlər bağlı yolları açaraq insanları təhlükəsiz yerlərə daşıyıblar. Yüzlərlə insanın çıxılmaz vəziyyətdə qaldığı bildirilir.

Yanğınlar ölkə daxilində 8 milyon hektardan çox ərazini əhatə edib. Bu, təxminən Avstriyanın ərazisi qədərdir. Yanğınlarda 25 adam ölüb, minlərlə binanı məhv edilib və bəzi şəhərlər elektrik və mobil əhatəsiz qalıb.

Bazar ertəsi günü polis dekabrın 31-də itkin düşdüyü bildirilən 71 yaşlı bir kişinin öldüyünü təsdiqləyib.

İkinci gün davam edən yüngül yağış və sərin külək həftə sonu iki əyalətin böyük hissəsini ələ keçirmiş alovlarla mübarizədə rahatlıq gətirib. Ancaq rəsmilər bu həftə təhlükəli havanın yenidən geri dönəcəyi xəbərini verib.

Viktoriya əyalətinin Baş naziri Daniel Endryu (Andrews) bazar günü kiçik tətil şəhəri olan Mallacootadan təxminən 400 adamın hava yolu ilə köçürüldüyünü deyib.

“Bu gün daha 300 nəfəri təyyarə ilə gətirmək planımız var. Təəssüf ki, qatı tüstü buna imkan vermir”,- o deyib.

Hökumətinin iqlim dəyişikliyini həll edə bilməməsinə görə tənqidlərə məruz qalan Baş nazir Skot Morrison (Scott Morrison) iki il ərzində yeni yaradılmış Milli Söndürülməsi Çətin Yanğın və Bərpa Agentliyi üçün 2 milyard dollar ayırdığını elan edib.

“Burada diqqətimizi çəkən insan faktoru və insanların həyatı üçün yenidən bərpadır”, - Morrison Kanberada (Canberra) jurnalistlərə deyib.

O deyib ki, yanğında 4000-ə yaxın mal-qara və qoyun tələf olub. Saysız-hesabsız vəhşi heyvan öldürülüb.

Söndürülməsi çətin yanğınlar mövsümü bu il normaldan daha erkən, ölkənin böyük qismini əhadə edən üç illik quraqlıqdan sonra başlayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/j49xvg

Ən çox baxılan