Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi

Əsabəli Mustafayev: ”Bununla da Avropa Məhkəməsində uğurla nəticələnmiş işlərimin sayı 115 oldu”

Source:


Əsabəli Mustafayev: ”Bununla da Avropa Məhkəməsində uğurla nəticələnmiş işlərimin sayı 115 oldu”

İyulun 13-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 6 qərarını açıqlayıb.

Qərarla ərizəçilərin azadlıq və şəxsi toxunumazlıq (Konvensiyanın 5-ci maddəsi), ədalətli araşdırma və sərbəst toplaşma azadlıqlarının pozuntusu tanınıb.

Bu barədə “Facebook” səhifəsində məlumat yayan vəkil Əsabəli Mustafayev ərizəçilərin adlarını sadalayıb:

“Onlar Fəxrəddin Abbas, Sahib Rüstəmli, Türkel Əlisoy, Sərvər Abduləli, Köçəri Nağıyev, Əli Səfərlidir. Qərara əsasən Fəxrəddin  Abbasa 10 000 avro, digər ərizəçilərə 8000 avro, hüquqi yardıma görə 6 iş üzrə ümumilikdə 5800 avro kompensasiya təyin olunub. Bununla da Avropa Məhkəməsində uğurla nəticələnmiş işlərimin sayı 115 oldu”.

Vəkil bildirib ki, iyulun 13-də Avropa Məhkəməsi Niman Əsgərovun işi üzrə qərarını elan edib, kompensasiya 8000 avro, hüquqi yardıma görə 1500 avro. Onun vəkili Xalid Bağırovdur.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi