Avropa Məhkəməsi Azərbaycanı 64 min avro cərimələdi

Söküntü Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən aparılıb

Source: google.az


Məhkəmə 7 ərizə üzrə qərarını açıqlayıb

Sentyabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 7 ərizə üzrə

qərar

ını elan edib.

Bu qərarlar üzrə hökumət ərizəçilərə ümumilikdə 64 min 30 avro təzminat ödəməlidir.

“Zülfiyyə Əliyeva və başqaları Azərbaycana qarşı” iş Səbail rayon sakinlərinin pozulan mülkiyyət hüquqları barəsindədir.

Onların evi 2011-2012-ci illərdə yol tikintisi zamanı sökülüb.

Söküntü Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən aparılıb.

Ərizəçilərə dövlət hər kv.m üçün 1500 Azərbaycan manatı (AZN) məbləğində təzminat ödəyib.

Ancaq onlar ümumi məbləğin 30 faizinə barabər məbləğdə kompensasiyalara əlavəni ala bilməyiblər.

AİHM-ə müraciət edərək bildiriblər ki, mübahisə üzrə milli məhkəmələrin qərarları onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və Konvensiyanın 14-cü maddəsi ilə təminat altına alınan mülkiyyət və ayrı-seçkiliyin yolverilməzliyi hüququna zidd olub.

Məhkəmə ərizəçilərin iddialarını əsaslı hesab edib.

Onlara münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozulmasına qərar verib.

Hökumət ərizəçilərə maddi zərərə görə ümumilikdə 64 min 30 avro təzminat ödəyəcək.

Ən az təzminat 3640, ən çox olan isə 7930 avrodur. Mənəvi zərərə görə isə hər bir ərizəçiyə 3 min avro ödənəcək.

Bakının mərkəzi ərazilərində söküntü işlərinə əsasən 2014-cü ildən başlanıb.

Yaşayış və qeyri yaşayış obyektləri bəzən sakinlərlə əldə edilmiş razılığa, bəzi hallarda isə məcbur satın alınıb və sökülüb.

Bu söküntü işlərinin əksəriyyətində sakinlərə hər kvadrata 1500 manat ödənilib.

Bu məbləğlə razılaşmayanlar əsasən evlərinin sahəsi kiçik olanlar olub və söküntüyə dirəniş göstərən ailələr məhkəmələrə üz tutub.

Yerli məhkəmələrdə iddiası təmin edilməyənlər Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub.

“Zülfiyyə Əliyeva və başqaları Azərbaycana qarşı” iş də AİHM-nə 2016-cı ildə göndərilib.

Ana səhifəSosialAvropa Məhkəməsi Azərbaycanı 64 min avro cərimələdi