Avropa İttifaqı Azərbaycanı səfərlər üçün icazəli dövlətlər siyahısından çıxarıb

Avropa İttifaqı Azərbaycan, Ermənistan və daha dörd dövləti COVID-19 pandemiyası şəraitində səfərlərə icazə verilmiş ərazilər və dövlətlər siyahısından çıxarıb

Source: Meydan TV

Avropa İttifaqı (Aİ) Azərbaycan, Ermənistan və daha dörd dövləti COVID-19 pandemiyası şəraitində səfərlərə icazə verilmiş ərazilər və dövlətlər siyahısından çıxarıb.

Bu barədə Aİ Şurasının yaydığı bəyanatda deyilir.

Aİ öz vətəndaşlarına əsaslı səbəb olmadan bu ölkələrə səfəri tövsiyə etmir.

“Şura əsaslı səbəb olmadan səfərlərə məhdudiyyətlərin müvəqqəti ləğv olunduğu ölkə və ərazilərin siyahısını yeniləyib. Ermənistan, Azərbaycan, Albaniya, Serbiya, Bruney və Yaponiya həmçinin bu siyahıdan çıxarılıb, – bəyanatda deyilir. – Bu siyahıya daxil olmayan dövlətlərə əsaslı səbəb olmadan səfərlərə müvəqqəti olaraq məhdudiyyət qoyulub”.

Aİ Şurası elə bu qərarla siyahıya Uruqvayı da salıb.

Aİ-nin COVID -19 üzrə ağ siyahısı avqustun 30-u yenilənib, o vaxt həmin siyahıdan altı ölkə, o cümlədən ABŞ çıxarılıb. Hazırda səfərlərin həyata keçirilə biləcəyi dövlət və ərazilərin siyahısına 12 dövlət daxil edilib: Moldova, Ukrayna, Avstraliya, Yeni Zelandiya, Kanada, İordaniya, Bosniya və Herseqovina, Səudiyyə Ərəbistanı, Qətər, Sinqapur, Cənubi Koreya, Uruqvay.

Ana səhifəXəbərlərAvropa İttifaqı Azərbaycanı səfərlər üçün icazəli dövlətlər siyahısından çıxarıb