Atambayev Moskvada Putinlə görüşüb

Qırğızıstan çox ciddi daxili siyasi iğtişaşlarla üzləşib.

Source: google.az


Putin bəyanat yayıb

2011-2017-ci illərdə hakimiyyətdə olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün cinayət işi ilə üzləşən Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb, – Azadlıq Radiosu xəbər verir.

Kremlin iyulun 25-də öz saytında yayınladığı video bəyanatda Prezident Putin bildirib ki, o və Atambayev bir gün əvvəl keçmiş Sovet respublikası və ümumilikdə Orta Asiya bölgəsindəki vəziyyəti müzakirə etmək üçün görüşüb.

Atambayev ötən gün özəl jetdə Qırğızıstanda yerləşən rus hərbi bazasından Moskvaya uçub.

"Qırğızıstan çox ciddi daxili siyasi iğtişaşlarla üzləşib. Dəqiq desək, ən azı iki. Məncə, bu sayda dayanmalıdır," – deyə Putin 2005 və 2010-cu illərdə prezidentləri devirən zorakı hökumət əleyhinə etirazlara deyinib. Bu iğtişaşların sonuncusunda 100-ə yaxın insan öldürülüb.

"Ölkənin siyasi sabitliyə ehtiyacı var və ölkənin inkişaf etdirilməsinə kömək etmək üçün bütün [qırğız] xalq hazırkı prezidentin ətrafında birləşməlidir. Qırğızıstanla bir çox əməkdaşlıq planlarımız var və şübhəsiz ki, bütün bu planları hazırkı hakimiyyət ilə birlikdə həyata keçirmək niyyətindəyik," – Putin deyib.

Putinin açıqlaması Atambayev və Moskvada Putinlə 11 iyul tarixində görüşən hazırkı prezident Sooronbai Jeenbekov arasında davam edən açıq qarşıdurma ilə eyni zamana təsadüf edir. Jeenbekov Putinlə görüşdən sonra İsveçrəyə rəsmi səfər edərək Qırğızıstana qayıtmışdı.

Konstitusiya ilə altı il müddətinə prezidentliyi məhdudlaşdırılan Atambayev 2017-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərində keçmiş Baş nazir Jeenbekovu namizədi olaraq elan etmişdi. Ancaq iki lider bir ildən artıqdır ki, ictimai olaraq bir-birilərinə zidd düşüblər. Bir-birilərini açıq şəkildə tənqid edirlər.

Atambayevin bir neçə təmsilçisi korrupsiya ittihamı ilə həbs olunub və onun özü vəzifədə olarkən törətdiyi korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni şəkildə zənginləşmək kimi beş sayda cinayət əməlinə görə ittiham edilir.Atambayev ittihamların hamısının siyasi motivli olduğunu iddia edərək onları rədd edib. İyul ayında üç dəfə Daxili İşlər Nazirliyinin dindirilməklə bağlı çağırışlarına məhəl qoymayıb.

Qırğızıstan qanunvericiliyinə görə, iki çağırış aktına riayət etməkdən imtina edən şəxs sorğu-sual üçün həbs edilə bilər. Lakin Bişkekdəki səlahiyyətlilər indiyə qədər keçmiş prezidentə qarşı belə bir addım atmağa cəhd etməyiblər.

Atambayevin vəkili Serqey Slesarev iyunun 27-də keçirilən parlament səsverməsində Atambayevin toxunulmazlığının əlindən alınmasının qanunsuz olduğunu iddia edib.

Ana səhifəDünyaAtambayev Moskvada Putinlə görüşüb