Astarada yol qəzası, iki nəfər ölüb, altı nəfər xəsarət alıb (yenilənib)

Yük maşının sürücüsü hadisə yerindən qaçıb

Source:


Yük maşının sürücüsü hadisə yerindən qaçıb

————————————————————————–


Baş Prokurorluq Ələt-Astara magistralında baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.


Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı fakta görə Astara rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını poza, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.


E. Sultanov həmçinin qeyd edib ki, qəza nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisə yerindən qaçan yük avtomobilinin sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilərək tutulması istiqamətində təxirəsalınmaz istintaq əməliyyat tədbirləri davam etdirilir.

———————————————————————————-

Astara rayonunda sərnişin mikroavtobusu “Shacman” markalı yük maşını ilə toqquşub.

Hadisə Ələt-Astara magistralının Astara rayonu Çayoba kəndi ərazisində qeydə alınıb.

“Report”un məlumatına görə, ölənlər – rayonun Ərçivan kənd sakinləri 1970-ci il təvəllüdlü Yeganə Sabir qızı Əliyeva və 1981-ci il təvəllüdlü Ramin Salam oğlu Quliyev, yaralananlar – Ərçivan kənd sakinləri 1992-ci il təvəllüdlü Tural Əsədli, 1992-ci il təvəllüdlü Elnarə Quliyeva, 2003-cü il təvəllüdlü Maral Fərhadova, 1965-ci il təvəllüdlü Pərinisə Baxşıyeva, Qəcimardə kənd sakini 1961-ci il təvəllüdlü Xudaşirin Əliyev, Çayoba kənd sakini 1957-ci il təvəllüdlü Məhərrəm Əliyev, Şiyəkəran kənd sakini 1959-cu il təvəllüdlü Nəzmiyyə Əliyeva, Astara şəhər sakini 1961-ci il təvəllüdlü Gülzar Camalova, Maşxan kənd sakini 1963-cü il təvəllüdlü Malik Salmanov.

“Shacman” markalı yük maşının sürücüsü hadisə yerindən qaçıb. Sürücünün tapılması və istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Ana səhifəXəbərlərAstarada yol qəzası, iki nəfər ölüb, altı nəfər xəsarət alıb (yenilənib)