AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir

Mənbə: Google

Başlıq: AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir

AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir (Aevarsdottir) ölkəyə üçgünlük səfərini yekunlaşdırıb.

Səfər zamanı AŞPA məruzəçisinin beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus olaraq qəbul edilən Taleh Bağırzadə, Abbas Hüseynov, Əfqan Muxtarlı və Səid Dadaşbəyli ilə görüşdüyü bildirilir.

Ölkədəykən rəsmi görüşlərin təşkilində göstərdiyi dəstəyə və məruzəçinin səfərini asanlaşdırdığına görə Azərbaycan hakimiyyətinə təşəkkür edən

Evarsdottir hakimiyyətin “konstruktiv münasibət” indən təsirləndiyini bildirir.

“Bu konstruktiv münasibət, görüşdüyüm bütün insanların bu çətin və həssas problemi müzakirə etməyə və həll yolu tapmaq üçün Avropa Şurası ilə birlikdə işləməyə hazır olması məni ruhlandırdı,” - o deyib.

“Dörd məhbusdan əlavə, bir sıra hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, hüquqşünaslar və QHT nümayəndələri, habelə yerli diplomatik icma üzvləri ilə görüşə bildim,” - məruzəçi deyib.

“Bu intensiv səfər hazırkı vəziyyəti nəzərdən keçirəcək və gələcək irəliləyiş üçün tövsiyələr verəcək hesabatım üçün möhkəm zəmin hazırladı,” məruzəçi deyib və hesabatı bu ilin sonuna qədər AŞPA-nın Hüquq Məsələləri Komitəsinə təqdim edəcəyini bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2cz00h

Ən çox baxılan