Aslan Hüseynov: İnsanlar dar gündə köməyi dövlətdən yox, müğənnilərdən istəyir

“Bu aqressiyanın kökünün nədən qaynaqlandığını başa düşə bilmirəm”.

Source: Foto: Meydan TV


“Bəziləri sosial şəbəkələrdə elə nifrətlə, acıqla sözlər yazırlar, dəhşətə gəlirsən”

“Qəribə cəmiyyətdə yaşayırıq. Müğənnilərə münasibət birmənalı deyil. Bir çoxu sosial şəbəkələrdə müğənnilərin qarasına danışır. Amma dar günlərində köməyi dövlət strukturlarından istəmirlər, müğənnilərə müraciət edirlər”.

Bu sözləri Meydan TV-yə “heyterlər”dən (sosial şəbəkələrdə nifrət dolu şərhlər yazan istifadəçilər-red) şikayətlənən Qırğızıstanın əməkdar artisti, azərbaycanlı müğənni Aslan Hüseynov deyib.

“Qocalar evinə müğənni gedir, kimsəsizlər evinə müğənni gedir. Hər yerdə biz müğənnilər xalqın dərdinə şərikik. Amma bəziləri sosial şəbəkələrdə elə nifrətlə, acıqla sözlər yazırlar, dəhşətə gəlirsən. Özü də xalqını sayan, sevən müğənnilərə xoşagəlməz sözlər deyirlər. Bu aqressiyanın kökünün nədən qaynaqlandığını başa düşə bilmirəm”, – deyə müğənni bildirib.

Ana səhifəMədəniyyətAslan Hüseynov: İnsanlar dar gündə köməyi dövlətdən yox, müğənnilərdən istəyir